Jirinovski: Müharibənin əsl səbəbkarı Polşadır
02.09.2019
Bütün dərsliklərdə II Dünya müharibəsinin başlanmasında əsas səbəbkar kimi Polşanın adı yazılmalıdır.
Xəbər verildiyi kimi, bu sözləri Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.
"Jozef Pilsudskinin rəhbərlik etdiyi Polşa ötən əsrin 30-cu illərində Adolf Hitlerin ilk müttəfiqlərindən olub. Pilsudski-Hitler pakti hələ 1934-cü ildə imzalanıb. Avropa Hitleri SSRİ-yə qarşı bəsləyib və Polşa Hitleri alqışlayanlar sırasında olub”, - Jirinovski bildirib.