ABŞ-ı qorxu bürüdü
01.09.2019
ABŞ sahillərinə doğru irəliləyən "Dorian” qasırğası ölümcül səviyyəyə çatıb.
Bu barədə ABŞ-ın Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Qasırğanın ölümcül səviyyəsinə görə 5-ci kateqoriyaya yüksəldildiyi bildirilib.
"Dorian” qasırğası zamanı küləyin sürətinin saatda 260 km-ə çatacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Florida ştatında "Dorian” qasırğası ilə bağlı fövqəladə vəziyyət elan olunub.