PKK kəşfiyyatçıları məhv edildi
01.09.2019
Türk hərbçilərinin bir qədər əvvəl İraqın şimalındakı Qara bölgəsində məhv etdiyi terrorçuların kimliyi bəlli olub.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik sözügedən şəxslərin PKK-nın kəşfiyyat və xüsusi güc ünsürləri olduğunu açıqlayıb.