Qanlı dava: Generalın qohumu öldürüldü
01.09.2019
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general -mayor Ramiz Zeynalovun qayını oğlu Bakıda qətlə yetirilib.
Unikal.org-un məlumatına görə, hadisə ötən gecə Bakının Yasamal rayonunda baş verib. İki nəfər arasında düşən mübahisə sonda qanla nəticələnib. Belə ki, general-mayor Ramiz Zeynalovun qayını oğlu Fərid Məmmədov bıçaqlanaraq öldürülüb.