Türkiyədən əməliyyat mesajı: Süleyman Şah türbəsi alınır
31.08.2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları qarşıdakı günlərdə Menbiç məsələsinin gündəmə gələcəyini göstərir.
Bu sözləri ANKASAM rəhbəri, professor Seyfəddin Ərol deyib.
Professor Menbiç əməlliyyatı zamanı Süleyman Şah türbəsinin alına biləcəyini istisna etməyib:
"Böyük İsrail layihəsinə qarşı mübarizə aparırıq. Prezidentin "Avqust zəfərlərimizin ayıdır” çıxışı belə göstərir ki, Menbiç əməliyyatı yenidən gündəmə gələcək. Menbiçdə yuva salmış PKK, YPG və PYD ünsürlərinin təmizlənməsi ilə yeni uğurun qazanılmasından söhbət gedir. Bu mənada Süleyman Şah türbəsi də alınaraq bu əməliyyatın "tacına” çevrilə bilər”