Kennedinin qatili həbsxanada bıçaqlanıb
31.08.2019
ABŞ prezidentliyinə namizəd Robert Kennedini qətlə yetirməkdə ittiham olunan Serxan Serxan həbsxanada bıçaqlanıb.
O, dərhal xəstəxanaya yerləşdirilib.
Hazırda səhhəti stabildir. Məhkuma hücum edənin tapıldığı bildirilir.
Qeyd edək ki, 75 yaşlı Serxan Serxan məşhur Kennedilər ailəsinin üzvü, siyasətçi Robert Kennedini 1968-ci ildə qətlə yetirdiyinə görə məhkum olunub. Onun haqqında əvvəlcə ölüm hökmü çıxarılsa da, sonradan bu qərar ömürlük həbslə əvəzlənib. Serxan 50 ilə yaxındır ki, Kaliforniyada yerləşən həbsxanadadır.