Baltikyanı ölkələri işğal ediblər - Rinkeviç
31.08.2019
Baltikyanı ölkələr heç vaxt SSRİ-nin tərkibinə daxil olmayıb, onlar işğal ediliblər.
Bu barədə Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviç danışıb.
Rinkeviçin sözügedən çıxışına səbəb Rusiya XİN-in Tvitter hesabında Baltikyanı ölkələrin müstəqilliyi barədə paylaşımı olub. Belə ki, Rusiya XİN Baltikyanı ölkələrin 90-cı illərin əvvəllərində müstəqillik əldə etdikdən sonra müasir və hüquqi dövlətə çevrilə bilmədiyini qeyd edib.
Sözügedən paylaşıma kəskin reaksiya verən Rinkeviç Baltikyanı sovet ölkələrinin heç vaxt mövcud olmadığını bildirib:
"Hitler-Stalin razılaşmasına əsasən Baltikyanı ölkələr Sovet İttifaqı tərəfindən işğal edilib, daha sonra isə müstəqillik əldə ediblər”.