Quşla toqquşan layner təcili eniş etdi
30.08.2019
"Ural Hava Yolları" nın təyyarəsi Sankt-Peterburq (Rusiya) - Xocalan (Tacikistan) marşrutu ilə Koltsovo hava limanına (Yekaterinburq) təcili eniş edib.
Dövran Media Trend-ə istinadən xəbər verir ki, "U6-2641" təyyarəsi Yekaterinburq hava limanına enib.
Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, məcburi enişin səbəbi quşlarla toqquşma olub: "Təcili enişin səbəbi Sankt-Peterburq hava limanından havaya qalxarkən təyyarənin quş sürüsü ilə toqquşması olub. Təyyarə enişi zamanı xəsarət alan olmayıb. Laynerdə 193 sərnişin olub, onlardan 22-si uşaq, 4-ü ekipaj üzvüdür".
"Ural Hava Yolları" isə yanacaq doldurduqdan sonra laynerin uçuşa davam edəcəyini bildirib.