Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
30.08.2019
İngiltərə Baş naziri Boris Conson və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Suriya ilə bağlı açıqlamaları gərəksizdir, konyukturaya hesablanıb.
Bu sözləri rusiyalı deputat Sergey Jeleznyak deyib.
O bildirib ki, bu açıqlama ilə İngiltərə Rusiyaya təzyiq etmək, Ərdoğan isə kürd qruplaşmalarına qarşı Qərbin dəstəyini almaq istəyir:
"Burada hər iki tərəf öz məqsədini güdür. İstənilən provokasiya vəziyyəti müharibəyə gətirə bilər. Mövcud durumda müzakirə prosesinə köklənmək, BMT qərarları ilə, Astana və Soçidə qəbul edilən müddəalar üzrə hərəkət etmək lazımdır”.
Qeyd edək ki, Ərdoğanla Conson arasında baş tutan telefon danışığında tərəflər Əsəd hökuməti ilə Rusiyanın beynəlxalq öhdəlikləri yerinə yetirməsinin vacibliyini diqqətə çatdırmışdılar.