Əcnəbilər qarət edildi - Bakıda
30.08.2019
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaşlar avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşmış naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildiriblər.
Müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb. "İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.