Lukaşenkodan Boltona: Yeni səhifə açmalıyıq
29.08.2019
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Görüş zamanı Lukaşenko Boltona Belarus-ABŞ münasibətlərinə təmiz səhifədən başlamağı təklif edib.
"Səfəriniz ətrafında yaranan səs-küyə rəğmən, burada xüsusilə Belarus üçün çoxlu müsbət məqam var. Biz ABŞ-la münasibətlərimizin pisləşməsindən sonra bu pis səhifəni qapatmağı və yeni səhifə açmağı təklif etmişik”, - deyə o bildirib.