ABŞ İranın hərbi sistemini çökdürdü
29.08.2019
ABŞ İrana kiberhücum təşkil etdiyi üçün Tehran Fars körfəzindəki tankerlərə hücum edə bilməyib.
Bu məlumatı "Nyu York Tayms” öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, ABŞ hakerlərinin hədəfi İran İslam İnqilabı Keşikçilər Korpusu olub. Tehranın indiyə qədər kiberhücumun nəticələrini ortadan qaldıra və hərbi bölmələr arasında əlaqəni bərpa edə bilmədiyi vurğulanıb.
Vaşinqton bu kiberhücumu ABŞ PUA-sının məhv edilməsinə cavab kimi qiymətləndirib.