Bunu etmək üçün "ASAN xidmət"- dən icazə alınmalıdır
29.08.2019
Sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan "ASAN xidmət"in təmin etdiyi məkanda fəaliyyət göstərəcək.
Xəbər verildiyi kimi,, bunu mətbuat konfransında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda, vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi "ASAN xidmət" mərkəzində həyata keçiriləcək:
"Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq".