Son 10 ilin ən qorxulu filmləri - SİYAHI
20.04.2018
"Dövran Media" haberturk.coma istinadən son 10 ilin 10 ən qorxulu filmini təqdim edir.
1. "İzimdəki şeytan” (2014). Rejissor Devid Robert Mitçel Sirli təqibçilərdən qurtulmaq istəyən gənclərdən bəhs edir. Böyük planların çox istifadəsi ilə seçilən film son illərin ən orijinal qorxu filmidir. Təsvir baxımdan bu sizi qorxutmaya bilər, amma əgər altyazıları oxumursunuzsa.
Mitçell yeniyetmələrin yetkinlik dövrünə keçmə qorxusunu işləyir. O, ailənin dünyadakı ən etibarlı yer olmadığını bildikdən sonra artıq yırtıcılardan deyil, həyatdan qorxmağa başladığımızı vurğulayır.
2. "O” (2017). Rejissor Endi Musketti.
Stevan Kinqin əyalət uşağı ilə sirli klounun əhvalatından bəhs edən romanı əsasında çəkilib. Məktəbdəki qoçularla kloun arasında paralellik də diqqəti çəkir. Film şərin əsl qaynağı kimi irqçiliyi, milli azlıqlara təhdidi, diqqətə çatdırmaqla ABŞ-ın keçmiş günahlarına işarə edir. Film uşaqların şüuraltısındakı qorxuları ilə ABŞ Əyalətinin qaranlıqlarını ekrana gətirir.
3. "Cadugər: Yeni İngiltərənin nağılları.” Rejissor Robert Eqqers.
1630-cu illərin İngiltərəsi… Dindar ata ailəsini də götürüb meşənin kimsəsizliyində yeni bir həyat qurur, amma az sonra uğursuzluqlar başlayır. Başdan ayağa puritanlığın tənqidi üzərində qurulan film fanatizmin uşaqlara təsirindən danışır. Filmin baş verənləri uşaqların qəbul etdiyi kimi təqdim etməsi xüsusən maraqlıdır.
4. "Qorxu seansı” (2013). Rejissor Ceyms Van.
Filmdə ev qaranlıq dəhlizləri, dolabları, hündür tavanları ilə qorxulu bir məkandır. İki qızın otağında yaşanan, heç bir şey görmədiyimiz halda bir şey hiss etdiyimiz "Qapının arxasında kimsə var” epizodu filmin şah epizodu sayıla bilər.
5. Qarabasma (2014). Rejissor Cenifer Kent.
Oğlunu təkbaşına böyüdən ananın şər kabuslarla mübarizəsindən bəhs edir. Ana övladını və özünü ətrafdan tədric etdikcə qarabasma güclənir.
6. Paranormal hadisələr (2009). Rejissor Oren Peli.Filmin qəhrəmanı aldığı səsyazma cihazı ilə sevgilisi Keyti uşaqlıqdan bəri narahat edən şər varlıqlara meydan oxuyur.
7. Ölümcül oyun” (2014). Rejissor Veronika Frans.Elias anası və ekiz qardaşı Lukasla böyük bir evdə yaşayır. Ekizlər estetik əməliyyat keçirib evə gəlmiş analarının kimliyindən şübhələndikcə hadisələr düyünlənir.
8. "Kölgə altında” (2016) Babək Anvari.
Film 1980-ci illərdə İran-İraq müharibəsi sırasında Tehranda baş verən əhvalatları danışır. Solçu keçmişinə görə təhsildən məhrum edilən Şidə ərini hərbi xidmətə yola saldıqdan sonra qızıyla tək qalır. Bundan sonra evdə baş verənlərin gerçək, yoxsa xəyal olduğunu bəlli etmək çətindir.
9 "Ruhlar bölgəsi” (2010). Rejissor Ceyms Van.
Uşaqlığımızın pərilərdən bəhs edən nağıllarını yenidən canlandırır. Balaca Dalton komaya düşdükdən sonra ruhlar bir obraz kimi gerçəkləşir.
10. "Lənət” (2012). Rejissor Stok Derrikson.
Ambisiyalı yazıçı yeni kitab yazmaq üçün dəhşətli bir qırğın yaşanmış evə köçür, çardaqdan tapdığı həvəskar filmlərdə burada baş verən digər cinayətlərdən xəbər tutur.
Bir müddət sonra qəhrəmanın fərq etmədiyi detalları görürük və biz daha gərgin oluruq.