Türkiyə qarşısında şərt qoyuldu: Ya S-400, ya da...
29.08.2019
Türkiyənin F-35 proqramına yenidən daxil edilməsini düşünməyimiz üçün S-400-lərdən imtina etməsi lazımdır.
Xəbər verildiyi kimi, bunu ABŞ Müdafiə naziri Mark Esper deyib. O bildirib ki, Türkiyə ya S-400-ləri almalıdır, ya da F-35-ləri:
"İkisi birdən olmaz. "Birini qarajda saxlayaq, digərindən istifadə edək!” - belə vəziyyətdən söhbət gedə bilməz”.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin F-35-ləri ala bilməyəcəyi təqdirdə yeni alternativlər axtaracağını demişdi