ABŞ Ukraynaya hərbi yardıma göstəriş verib
29.08.2019
ABŞ Prezidenti Donald Tramp Ukraynaya göstərilən hərbi yardıma yenidən baxılması barədə milli təhlükəsizlik üzrə müşavirinə göstəriş verib.
"Dövran Media"Azərtac-a istinadən xəbər verir ki, Tramp Kiyevə bu yarımın müvəqqəti dondurulması və şərtlərin daha diqqətlə - Birləşmiş Ştatların milli maraqları nöqteyi-nəzərindən qiymətləndirilməsi barədə tapşırıq verib. Bu məqsədlə ABŞ-ın milli təhlükəsizlik üzrə mütəxəssisləri dövlət başçısına hesabat təqdim etməli olacaqlar. Qeyd olunur ki, hazırda Birləşmiş Ştatların Ukraynaya ayırdığı hərbi yardım dondurulub.