21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Soros təxribatların mərkəzində dayanan insandır - ŞƏRH

28.08.2019

"Soros Fondu"nun dünyada "rəngli inqilablar"ın həyata keçirilməsi üçün külli miqdarda vəsait xərcləməsi ekspertlər və siyasətçilər arasında ən çox müzakirə olunan mövzulardandır.
Açıq internet mənbələrində yayılan məlumatlara görə, "Soros Fondu" xaosların yaradılması, onların idarə edilməsi strategiyası üzrə peşəkarlaşıb.
Qeyd olunur ki, fondun təsisçisi Corc Soros maliyyə böhranlarının meydana gəlməsi üçün əlindən gələni edir. Onun müdaxiləsinin dünya birjalarında necə çalxalanma yaratdığı barədə çoxsaylı materillara rast gəlmək olar.
"Forbes" jurnalının 2012-ci il məlumatına əsasən, C.Soros 20 milyard dollarlıq sərvətə malik olmaqla ABŞ-ın 7-ci milyarderidir.
Onun "xeyriyyəçilik" missiyası 1979-cu ildə təsis edilmiş Açıq Cəmiyyət İnstitutu ilə başlayıb. Hazırda bu qurum dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. 2009-cu ildə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu ("Soros Fondu") dünya üzrə bütün proqramlara 683 milyon dollar (OSI Report, 2009) xərcləyib.
C.Sorosun yaratdığı bu fondlar "demokratiya və insan haqları"nı əldə bayraq tutan onlarla təşkilatı maliyyələşdirir.
Müşahidələrə görə, Açıq Cəmiyyət İnstitutunun "demokratiya" təşviqi iqtisadi işğalla nəticələnir. Bunun üçün isə "Soros Fondu" maraqlarını həyata keçirmək istədiyi dövlətlərdə gənclər təşkilatlarına, müxtəlif siyasi qurumlara maliyyə ayırmaqla onları ələ alır.
Açıq Cəmiyyət İnstitutu bildirir ki ki, 1979-cu ildən bu yana 100-dən artıq ölkədə fondların maliyyələşməsinə 32 milyard dollardan çox vəsait ayırıb. Həmin fondların məqsədi isə guya yerlərdə açıq cəmiyyətlərin yaradılmasıdır.
2013-cü ildə İstanbulda "Gezi parkı" hadisələrinin də C.Soros tərəfindən idarə edildiyi haqqında məlumatlar mövcuddur.
Türkiyə Prezidenti (həmin dövrdə Baş nazir) Rəcəb Tayyib Ərdoğan Sorosun əlaltısı olduğu deyilən iş adamı Osman Kavalanın həbsi barədə danışarkən demişdi:
"Gezi parkı" etirazlarında terrorçuların maliyyə qaynağı rolunu oynayan bir nəfər hazırda həbsdədir. Onun arxasında məşhur macar yəhudisi dayanır".
C.Soros dünyanın bir çox ölkəsində baş verən təxribatların mərkəzində dayanan insan kimi tanınır.
Macarıstan hökuməti Sorosu miqrantların Avropaya yerləşdirilməsi üçün plan qurmaqda təqsirləndirir. Macarıstanda Sorosun təsisçisi olduğu fondların və dəstəklədiyi qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini nəzarətə almaq, maliyyə dəstəklərini məhdudlaşdırmaq üçün "Sorosu dayandırın” adı verilən qanun mövcuddur.
Macarıstanın Baş naziri Viktor Orban C.Sorosu tənqid edir, onu Macarıstan siyasətinə müdaxilədə, liberal müxalifətə rəhbərlikdə suçlayır.
Açıq Cəmiyyət İnstitutunun Budapeştdəki fəaliyyətinə son qoyulub.
Soros Britaniyada da "qara siyahı”ya düşən şəxsdir. Britaniya mediasında çıxan xəbərlərə görə, Soros ölkənin daxili işlərinə qarışmaq üçün məxfi planları dövriyyəyə buraxır.
Digər məlumatlara görə isə Soros Britaniyanın Avropa İttifaqından çıxmasını əngəlləmək üçün 400 min funt-sterlinq pul xərcləyib.
1992-ci il sentyabrın 16-sı tarixdə "qara çərşənbə” kimi qalıb. Məhz həmin gün funt-sterlinq bir gündə dəyərini alman markasına nisbətdə sürətlə itirib. Nəticədə, Soros bir milyard dollardan artıq qazanc əldə edib.

Sorosun Açıq Cəmiyyət İnstitutunun fəaliyyətinin dayandırıldığı digər bir ölkə isə Rusiyadır. Bu təşkilat Rusiyada dövlət quruluşunun dəyişdirilməsinə cəhddə və dövlətin təhlükəsizliyinə təhdid yaratmaqda ittiham olunurdu.
Polşada isə Soros dünyanın ən təhlükəli adamı elan edilib.
Ekspert Fuad Hilalov Oxu.Az-a bildirib ki, Soros müxtəlif təşkilatlara və ya insanlar qrupuna "kozır"lar, təsir rıçaqları verir. Bununla da onlar sanki müstəqil qüvvə kimi çıxış etməyə başlayırlar.
Onun sözlərinə görə, Soros hibrid müharibənin yalnız maliyyə deyil, həm də siyasi dəstəkçisidir:
"2000-ci ilin oktyabrında dünyada siyasi proseslərin yeni dalğası başladı. Bu, "rəngli inqilablar” idi. Söhbət mövcud hakimiyyətlərin zor tətbiqi olmadan devrilməsindən gedirdi. Onların birincisi Serbiyada, daha sonra isə Gürcüstan və Ukraynada baş verdi".
Ekspert qeyd edib ki, Sorosun ssenarilərinin həyata keçirilməsini müqayisə etsək, ümumi cəhətlərin çox olduğunu görmək olar:
"KİV, xüsusilə sosial şəbəkələr və internet vasitəsilə böyük qrupların şüuru ilə manipulyasiya edilməsi üçün xüsusi hazırlanmış üsullar eyni idi. Serbiyada "Otpor", Gürcüstanda "Kmara", Ukraynada "Pora" kimi təşkilatlarda gənclərin prioritet roluna diqqət edək. Şüarlar, üsullar və s. çox oxşardır. Hər şey birmənalı şəkildə üst-üstə düşürdü. Bütün bu təşkilatlarda ideyanın özəyinin bu və ya digər formada Soros məktəbi tərəfindən formalaşdırıldığı heç kəs üçün sirr deyil. Məsələn, Ukraynada ölkənin müstəqillik qazanmasından dərhal sonra Soros təşkilatının himayəsi altında 100-dən artıq müxtəlif struktur yaradılmışdı".
F.Hilalov deyib ki, Sorosun hədəfində növbəti "yağlı tikə" - Azərbaycan var idi:
"Lakin Sorosla sahiblərini məhz Azərbaycanda iflas gözləyirdi. Burada onların əməliyyatları darmadağın oldu. Bununla yanaşı, Azərbaycan coğrafi baxımdan Rusiya ilə İranın arasında yerləşir. Söhbət Sorosun siyasi nifrət bəslədiyi iki dövlətdən gedir.
Nəticədə, bir müddət sonra Sorosun təşkilatları Azərbaycanda fəaliyyətini dayandırmalı oldu. Sorosun planının pozulmasının digər səbəbləri arasında müxalifətin tam gərəksiz sayılması, Azərbaycan xalqının müxalifət nümayəndələrinə inanmaması da var idi. Xalq müxtəlif psixoloji manipulyasiyalara aldanmadı".
Ekspertin fikrincə, Avropa Şurasında Azərbaycana qarşı çıxan, demək olar, bütün nümayəndələr bu və ya digər şəkildə "Soros Fondu" ilə əlaqəli şəxslərdir:
"Sorosun təşkilatları Azərbaycanda bağlanıb. Lakin bütün bu dövrdə Soros öz planlarını Azərbaycanda reallaşdırmaq ideyasından əl çəkməyib".