Rusiyada 11 nəfər dağıntılar altında qaldı
28.08.2019
Novosibirskin Udarnaya küçəsində aparılan təmir işləri zamanı binanın divarı dağılıb. 11 nəfər fəhlənin dağıntılar altında qaldığı ehtimal edilir.
Bu barədə TASS agentliyi Rusiya FHN-nin mətbuat xidmətinə istinadən yazır.
Məlumata əsasən, hadisə yerində 12 nəfər işçi olub. Onlardan biri dağıntılar altından çıxarılaraq xilas edilib.
Hazırda 70 nəfər və 20 texnika hadisə yerindədir. Əlavə xilasedici qrupların cəlb olunacağı bildirilir.