İki milyonluq qol saatı oğurlandı - Moskvada
28.08.2019
Moskvada naməlum şəxs iş adamının mənzilindən dəyəri iki milyon rubl olan qol saatını oğurlayıb.
"RİA Novosti" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, naməlum şəxs Moskvanın mərkəzində yerləşən mənzildən məhdud məsuliyyətli cəmiyyətin direktoruna məxsus qol saatını oğurlayıb və hadisə yerindən qaçaraq gizlənib.
Qarət nəticəsində dəymiş zərər təqribən 2 milyon 9 min 600 rubl təşkil edib.
Faktla bağlı cinayət işi başlanılıb.