Ən kiçik dövlətdə - Nauruda prezident seçkiləri keçirilib
28.08.2019
Dünyanın ən kiçik ada dövləti olan Nauruda prezident seçkiləri keçirilib.
"Dövran Media" Azərtac-a iatinadən xəbər verir ki, insan hüquqları üzrə keçmiş vəkil Lionel Aingimea seçkilərdə qalib gəlib. Parlamentdə təmsil olunan 19 deputatdan 12-si onun lehinə səs verib. L.Aingimea üç il dövlət başçısı vəzifəsini icra edəcək. Bu seçkilərdə onun əsas rəqibi keçmiş maliyyə və ədliyyə naziri David Adeang idi. Son 6 ildə Nauruda dövlət başçısı vəzifəsini Baron Vaqa icra edirdi.
Qeyd edək ki, 12 kvadratkilometr ərazisi, 14 minə yaxın əhalisi olan Nauru Vatikan və Monakodan sonra dünyanın ən kiçik üçüncü ölkəsidir.