Mustafa vəzifəyə gətirilir - Ukraynada
28.08.2019
Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Krım tatarlarının lideri Mustafa Cəmilovun namizədliyini Ukrayna Radasının vitse-spikeri vəzifəsinə irəli sürəcək.
Bu barədə qərar partiyanın deputatları tərəfindən qəbul edilib. Deputatlar arasında keçirilən səsvermə zamanı yalnız bir millət vəkili bitərəf qalaraq Cəmilovun vitse-spiker vəzifəsinə namizədliyini dəstəkləməyib.
Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkisi 21 iyulda keçirilib. Nəticədə parlamentə 5 partiya daxil olub. Radada mütləq çoxluğu Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası əldə edib.