Gürzə sancan gənc təcili Bakıya göndərildi - FOTO
28.08.2019
Tərtərin cəbhəyanı kəndlərindən birində təsərrüfat işi ilə məşğul olan gənci ilan sancıb.
Rayonun Qaradağlı kəndi sakini Polad Əliyevi ilan vurub.
İlan sancan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona lazım olan tibbi yardım göstərilərək, zəhər əleyhinə zərdab vurulub.
Həkimlər P.Əliyevi sancan ilanın gürzə olduğunu və zəhərlənmə riskinin daha çox olduğunu bildiriblər. Buna görə də, xəstənin Bakıda müalicə olunması məsləhət görülüb.
Təyinata əsasən xəstə Bakı Toksikoloji Mərkəzinə aparılıb.
Qohumunun bildirdiyinə görə, Polad Əliyev həyətdəki ağacın dibindən qab götürmək istəyərkən onu ilan sancıb.