Dünya müharibəsi başlarsa sağ qalacaq 10 ÖLKƏ
20.04.2018
Suriya dünyanın bütün ölkələri üçün bir mübarizə meydanına çevrilib. ABŞ və Rusiya bir-biriləriylə dolayı yollarla da olsa müharibə edirlər. Ancaq onların arasında gərginlik bəzən o qədər yüksəlir ki, sosial mediyaya baxanda artıq dünya savaşının başladığını hiss edir insan.
Əgər həqiqətən müharibə başlayarsa dünyada bir neçə ölkə var ki, onların hansısa ittifaqda yer almayacağını hər kəs bilir.
"Dövran Media" xarici mətbuata istinadən dünya savaşı başlayacağı təqdirdə, vətəndaşları böyük ehtimalla sağ qalacaq 10 ölkənin adlarını təqdim edir:
1. İrlandiya
İrlandiya 1930-cu ildən bəri aktif bir tərəfsizlik siyasəti yürüdür. Yəni 3-cü dünya müharibəsində də bu siyasətdən sapması üçün heç bir səbəbi yoxdur.
2. İsveçrə
İsveçrə İrlandiyadan çox qədim tərəfsizlik siyasətinə sahibdir. Ölkə 1815-ci il Paris müqaviləsindən sonra bütün müharibələrdə tərəfsiz qalmağı seçib.
3.Fiji
Bir ada ölkəsi olan Fiji dünyanın bütün dərd uzaqdadır. Hökümət isə bu sabitliyi pozacaq istənilən təhlükədən qaçır.
4. Danimarka
Ölke bir NATO ölkəsi olmasına baxmayaraq Greenland bölgəsi bu məsələdə ona avantaj hesab edilir.
Yəni bu bölgə Fiji adası kimi dünyanın bütün dərdlərindən uzaqda yerləşir.
5. Avstrya
Dünya Sülh İndeksinə görə Avstrya dünyanın ən sülhpərvər dörd ölkəsindən biridir.
6. Portuqaliya
Bir çox ekspertlərin "sabitlik sahəsi" kimi ifadə etdiyi bu ölkə, Avropanın bütününə sirayət edən sağ populizmindən kənarda qalmağı bacara bilmişdir.
7. Yeni Zelandiya
Bir ada ölkesi olması, enerjisini öz hesabına təmin edə bilməsi məhsular torpaqları olduğuna görə hər hansı bir savaşda iştirak etməsi inandırıcı görünmür.
8. Kanada
Dünyanın ən sülhpərvər səkkiz ölkəsindən biri. Təcavüzün ən az rast gəlindiyi Kanada hansısa müharibədə iştirak etməyəcək qədər passiv bir hökümət tərəfindən idarə edilir.
9. İslandiya
Dünya Sülh İndeksində ilk sırada olan bu ölke coğrafi olaraq da uzaqda uzaqda yerləşdiyi üçün müharibəyə qatılması mümkün deyil.
10. Sloveniya
Eyni ilə Yeni Zelandiya kimi bu ölkə də enerji ehtiyacını öz hesabına təmin edir. Bundan əlavə də avropa ölkəsi olmalarına baxmayaraq ikinci dünya müharibəsində iştirak etməyiblər.