YPG Türkiyə ilə sərhəddən geri çəkilir
27.08.2019
YPG Suriya ilə Türkiyə sərhədindəki ağır silahlarını Vaşinqton-Ankara razılaşması çərçivəsində yaradılacaq təhlükəsizlik zonasıyla əlaqədar geri çəkib.
Xəbəbr verildiyi kimi,, bunu Suriya Kürd Muxtar Administrasiyası yayıb.
"24 avqustda Ras əl-Ayn rayonundakı beton bloklar yığışdırılıb, YPG qüvvələri rayondan geri çəkilib, ağır silahlar yeni mövqelərə yerləşdirilib, sərhəd-keçid məntəqələri yeni qüvvələrə verilib. Eyni addımlar 26 avqustda Tel-Abyadda da atılıb”, – deyə məlumatda bildirilib.