21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qanuni oğru adını məhkəmədə ləğv etdirdi

27.08.2019

Rusiyada iş adamı Amerxan Mutsoyev Moskva məhkəməsində qalib gəlib. O, qanuni oğru adını ləğv etdirib.
Mutsoyevi "Praym Kraym” informasiya agentliyi qanuni oğru adlandırmışdı. Agentlik polisin əməliyyat qeydlərinə istinad etdiyini bildirmişdi. "Praym Kraym” iş adamının kriminal dairələrdə ləqəbinin Mori olduğunu yazmışdı.
İş orasındadır ki, Mutsoyev nəinki həbsxanada yatmayıb, ümumiyyətlə, heç vaxt cinayət məsuliyyətinə cəlb olunmayıb. İş adamı məhkəməyə iddia ilə müraciətdə onu yüksək cinayət ierarxiyasına aid etməmək tələbini ortaya qoymuşdu.
Moskva Xamovniçeski məhkəməsi onun iddiasını təmin edib. Beləcə, Mutsoyevi heç kim qanuni oğru adlandıra bilməz.