Ərdoğan Şenol Günəşə zəng elədi
20.04.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə kubokunun yarımfinal mərhələsində "Fənərbağça” ilə matçdakı insident zamanı başından yaralanan "Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə zəng edib.
"Dövran Media" "NTV Spor”a istinadən xəbər verir ki, ölkə rəhbəri başına beş tikiş qoyularaq xəstəxanaya yerləşdirilən 63 yaşlı mütəxəssisə "keçmiş olsun” söyləyib.
Qeyd edək ki, "Fənərbaxğa" - "Beşiktaş" qarşılaşması yarımçıq dayandırılıb. Matçın 57-ci dəqiqəsində stadiona kənar əşyalar atan azarkeşlər qonaqların ehtiyat oyunçular skamyasını hədəf seçiblər. Nəticədə komandanın baş məşqçisi Şenol Günəş başından ağır xəsarət alıb. Ona tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
Bu komandalar arasındakı ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb. Baş verənlərə görə "Fənərbağça”ya 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyi gözlənilir.