Mənim ən böyük hədəfim budur... - Zurabişvili
26.08.2019
Gürcüstan Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə heç vaxt barışmayacaq.
Xəbər verildiyi kimi, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
Zurabişvili bu ərazilərin qaytarılmasının məhz onun hakimiyyəti dövründə baş verəcəyinə ümid etdiyini bildirib.
"Heç bir Gürcüstan hökuməti nə bu gün, nə də gələcəkədə ölkənin ərazi bütövlüyünün itirilməsi ilə barışmayacaq. Vaxt gələcək Abxaziya və Cənubi Osetiya sülh yolu ilə Gürcüstanın tərkibinə qatılacaq. Mənim ən böyük arzum və hədəfim budur. Bunun üçün mən bütün imkanlardan istifadə edirəm”, - Zurabişvili qeyd edib.