03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranda Azərbaycan dilinin tədrisinə İCAZƏ VERİLDİ

26.08.2019

İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dili tədris ediləcək.
"Anadolu" agentliyi xəbər verir ki, bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və Tədris İdarəsinin müdiri Cəfər Paşayi deyib.
Onun sözlərinə görə, bölgə xalqlarının tələblərinə əsasən, həftədə iki saat Azərbaycan dili dərsi keçiləcək:
"Sentyabrın 23-dən etibarən bəzi məktəblərdə müvafiq dərslərin keçilməsinə başlanılacaq. Vilayətimizdə iki dildən (Azərbaycan və fars) istifadə edildiyi üçün yerli və regional dillərimizi gücləndirməliyik".
Qeyd edək ki, İranda 1979-cu ildə baş vermiş inqilabdan sonra formalaşan konstitusiyanın 15-ci maddəsinə əsasən, fars dili ölkənin rəsmi dilidir. Bununla belə, konstitusiyada yerli dillərin də tədris olunması üçün heç bir maneə yoxdur.