Azərbaycanlı videobloqer vətəndaşlıqdan çıxarıldı - səbəbi
26.08.2019
"YouTube"da Milli Məclis deputatlarının və dövlət xadimlərinin ünvanına xoş olmayan və hörmətsiz ifadələr işlətməklə məşhurlaşan videobloqer Elvin İsayev Sankt-Peterburqda saxlanılıb.
Xəbəbr verildiyi kimi, bu barədə E.İsayevin vəkili Məhəmməd Həsənov məlumat verib.
Onun sözlərinə görə, avqustun 25-də E.İsayevə qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülüb.
Məhkəmə avqustun 26-da bu işə baxmalıdır. Müvafiq qurumlar avqustun 25-də bloqeri Rusiya vətəndaşlığından məhrum edib. O, son 20 ildə Rusiya vətəndaşı olub.
Vəkil qeyd edib ki, E.İsayevin ailəsi onunla birlikdə Rusiyadadır. Məhkəmənin E.İsayevin Azərbaycana ekstradisiya olunması barədə qərar çıxaracağı gözlənilir.