21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Saqqız ceynəməyin orqanizmə təsiri

26.08.2019

Araşdırmalara görə, bir nəfər il ərzində təxminən 300 ədəd saqqız çeynəyir. Bəs onun orqanizmə hansı təsiri var?
Saqqız çeynəyib atmaq üçün olan maddədir. Əvvəllər saqqız ağac qabığından hazırlanan qətrandan düzəldilirdi, müasir dövrdə isə bəzi dadlandırıcı – qliserin, yumşaldıcılar və boyayıcı rəngdən istifadə edilməklə müxtəlif saqqız növləri hazırlanır.
Həkim-diyetoloq Ləman Süleymanovanın verdiyi məlumata görə, aparılan araşdırmalara əsasən saqqız çeynəməyin bir sıra faydası var: "Onlardan ən əsası gərginliyin və stressin azaldılması kimi psixoloji təsirlərdir. Gün ərzində yeməkdən sonra saqqız çeynəmək diş və ağız təmizliyi üçün faydalıdır. Eyni zamanda yaddaşı və motivasiyanı artırır, kalori yandırmağa və beləliklə arıqlamağa kömək olur. Lakin uzun müddət saqqız çeynəməyin ziyanı da var.
Həkim-diyetoloq deyib: "Saqqız damarların qan dövranını yaxşılaşdırır və dişlərin dibini möhkəmləndirir. Uzun müddət saqqız çeynəmək mədənin eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər”.
Uşaqdan böyüyə hər kəs müəyyən vaxtlarda saqqızdan istifadə edir. Lakin onu çeynəyərkən bir sıra qaydalara əməl etmək də məsləhətdir. /Azərtac/