21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

35 milyard səhv hesaba GÖNDƏRİLDİ və...

20.04.2018

Almaniya bankı "Deutsche Bank" əməliyyatçıları bir müddət öncə 35 milyard dollar pulu səhv hesaba köçürüblərmiş.
"Dövran Media" xarici mətbuata istinadən xəbər verir ki, xətalı pul köçürməsi bankın günlük təminatlarını gerçəkləşdirdiyi vaxt baş verib. Pasxa bayramından bir həftə öncə aparılan xətalı əməliyyat dərhal aşkar edilib və heç bir pul itkisi aşkar edilməyib. Hadisədən sonra bankın etibarı da sual altına düşüb. Buna görə bankın adından açıqlama verən Çarlie Oliver deyib:
"Əməliyyat xətası "Deutsche Bank"ın əsil hesabı ilə "Deutsche Bank Eurex"in hesabı arasında baş verib. Saniyələr sonra səhvimizi aşkara çıxarıb düzəltdik. Bir daha belə bir halın təkrarlanmaması üçün bütün tədbirləri görmüşük.