Rəsmən təsdiqləndi: Cavad Zərif G7-yə qatılıb
26.08.2019
G7 sammitində iştirak etmək məqsədilə İran nümayəndə heyəti Biarris şəhərinə gedib.
Bu barədə mülki təyyarələrin uçuşlarını izləyən "Flightradar24” məlumat yayıb.
Məlumata görə, İran nümayəndələrinin olduğu təyyarə Biarris aeroportuna enib. Bu aralar həmin aeroport yalnız rəsmi nümayəndə heyətlərinin təyyarələrini qəbul edir. "Flightradar24” bildirib ki, enən təyyarə İranın Xarici İşlər naziri Məhəmməd Cavab Zərifin rəsmi səfərlər zamanı uçduğu təyyarədir.
Qeyd edək ki, cümə günü Parisə səfər edən Məhəmməd Cavad Zərif fransız həmkarı Jan-İv Lö Drian və Fransa Prezidenti Emmanuel Makronla görüşmüşdü.