Rusiya vətəndaşları qəzaya düşüb - Azərbaycanda
26.08.2019
Bu gün Goranboyda toydan qayıdan Rusiya vətəndaşları qəzaya düşüb.
Hadisə Goranboy şəhərində baş verib.
İki inik avtomobilinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Rusiya vətəndaşı Məcnunbəyova Dinarə Çingiz qızı, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı Konderova Ulduz Ruslan qızı, 2000-ci il təvəllüdlü Tərtər rayon sakini Ramazanzadə Ruziyə Mübariz qızı və 2 aylıq uşaq xəsarət alıblar. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
D. Məcnunbəyovanın durumu ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.