Ramil Quliyev ikinci oldu
26.08.2019
Azərbaycanlı atlet Ramil Quliyev Beynəlxalq Atletika Federasiyaları Birliyinin təşkilatçılığı ilə Fransada keçirilən "Almas Liqa"da uğur qazanıb.
Beynəlxalq yarışlarda Türkiyəni təmsil edən Ramil, Parisdə keçirilən yarışın 12-ci mərhələsində 200 metr məsafəyə qaçışda 2-ci yeri tutub. Quliyev bu nəticəyə 20.01 dərəcə ilə nail olub.
Bu məsafəyə qaçışda birinciliyi isə ABŞ təmsilçisi Noah Lisey qazanıb.