AB-yə 48 milyard ödəməyə məcbur deyilik - Conson
25.08.2019
Böyük Britaniya Breksit şərtləri ilə razılaşmadan çıxacağı təqdirdə Avropa Birliyinə 48 milyard dollar tam kompensasiya ödəməyə məcbur deyil.
Bunu Britaniya Baş naziri Boris Conson müsahibəsində deyib.
Conson Breksitin razılaşdırılmış şərtlər çərçivəsində baş tutacağına ümid etdiyini deyib.
"Fikrimcə hazırda razılaşmanın baş tutması üçün real şans var, amma bunu əldə etmək üçün biz AB-dən razılaşmasız çıxmağa da hazır olmalıyıq”, - Conson bildirib.