Bundesliqada yeni REKORD
24.08.2019
Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb.
Bu, II turun "Köln”lə Dortmund "Borussiya”sı arasında oyunda gerçəkləşib.
Qonaqların oyunçusu Ceydon Sanço Almaniya çempionatlarında 15 qol həddinə çatan ən gənc futbolçu olub. 3:1 hesablı qələbəyə bir topla töhfə verən ingiltərəli yarımmüdafiəçi 19 yaş 151 günlüyündə bunu bacarıb.
O, "Ştutqart”ın futbolçusu Horst Keppelin 1967-ci ildə müəyyənləşdirdiyi rekordu 35 gün üstələyib.
Qeyd edək ki, C.Sanço 2017-ci ildən "Borussiya”da çıxış edir.