ABŞ-dan Türkiyəyə pis xəbər
23.08.2019
ABŞ Türkiyəyə "Patriot” raket əleyhinə komplekslərinin satışı haqda təklifini geri götürüb.
Bu məlumatı CNN televiziyası ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb.
"Biz davamlı şəkildə Türkiyəyə deyirdik ki, əgər S-400-ləri alsanız, "Patriot”u satmaq barədə son təklifimizi geri çəkəcəyik. Bizim "Patriot”la bağlı təklifimizin müddəti artıq bitib”, - o bildirib.