Taxta bazarında yanğın söndürüldü: Əraziyə 10 Təcili Yardım briqadası göndərilib +VİDEO
22.08.2019
Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.
***
Bakının Nərimanov rayonunda "Baksol yolu" adlanan ərazidə taxta bazarı yanır.
Yanğın qısa müddət ərzində geniş ərazini əhatə edib.
Hazırda yanğının baş verdiyi əraziyə 20-yə yaxın yanğınsöndürmə maşını cəlb edilib.
***
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hadisə yerinə gəlib.
Report-un xəbərinə görə, hələ yanğının qarşısını almaq mümkün olmayıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib:
"Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib".
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, hadisə yerinə yanğından mühafizə qüvvələri, yanğınsöndürmə maşınları və bir yanğınsöndürmə qatarı cəlb edilib:
"Baş verən hadisə böyük yanğın hesab edilir. Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür. Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə barəsində əlavə məlumat veriləcək".