Dünyanın ən kiçik ayaqqabıları +FOTOLAR
19.04.2018
Soçi Olimpiya Kəndi Muzeyində dünyanın ən kiçik ayaqqabıları sərgilənib.
"Dövran Media" xəbər verir ki, bu, dünyanın ən qəribə sərgilərindən biri hesab olunur.
Ayaqqabılar dünyanın 150 ölkəsindən olan kolleksiyaçılar tərəfindən toplanıb.
Sərgidə üç min ayaqqabı nümayiş etdirilir. Ayaqqabılar hər biri əl işidir. ən qədim dövrlərdən bəri istifadə edilən ayaqqabılarla yanaşı, miniatür ayaqqabıların da sərgiləndiyi muzey böyük maraq doğurub.
Üç millimetr ölçülərində olan ayaqqabıları lupa ilə izləmək mümkündür.
İzləyicilərin çoxu dəri, taxta, şüşə və metal kimi materiallardan hazırlanan ayaqqabıları texnologiyanın köməyilə yaxınlaşdıraraq çəkməyə və izləməyə nail olublar.