Tələbələr aksiya keçiriblər - Tehranda
21.08.2019
Tehran Universiteti də daxil olmaqla bir sıra ali məktəb tələbələri BMT-nin İrandakı nümayəndəliyinin qarşısında aksiya keçiriblər.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, Kəşmirdə müsəlmanları müdafiə etmək məqsədi ilə keçirilən aksiyada beynəlxalq təşkilatlardan ikili standartlardan əl çəkmək tələb olunub. "Müsəlmanların qətlə yetirilməsini dayandırın” şüarı ilə çıxış edən tələbələr başda BMT olmaqla beynəlxalq təşkilatları insan hüquqlarının pozulmasına göz yummaqda ittiham ediblər.
Xatırladaq ki, ötən həftə tələbələr eyni şüarlarla Hindistanın Tehrandakı səfirliyi qarşısında da etiraz aksiyası keçiriblər.