Kaspşik Qarabağdadır
21.08.2019
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəlib.
Xəbər verildiyi kimi, Kasprşik Xankəndidə qondaram rejimin müdafiə naziri Karen Abramyanla görüşüb. Abramyandan sonra o, qondarma rejimin rəhbəri Bako Saakyanla bir araya gəlib. Görüşdə əsas müzakirə mövzusu təmas xəttindəki vəziyyət olub.