Kosovanı tanımaq üçün danışıqlara başlayın - Pompeo
21.08.2019
Serbiya Kosova ilə münasibətlərin normallaşdırılması və qarşılıqlı tanımanın gerçəkləşdirilməsi üçün danışıqları yeniləməlidir.
Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Serbiya Prezidenti Aleksandr Vuçiçlə Belqradda görüşü zamanı edib.
Görüşdə Qərbi Balkanlarda təhlükəsizlik, stabillik, eləcə də Serbiyanın AB-yə inteqrasiyasına ABŞ-ın dəstəyi məsələləri müzakirə olunub. Pompeo həmçinin, görüş zamanı Serbiya və Kosovanın provokasiyalardan qaçmalı olduğunu deyib.