ABŞ-da TŞ təcili toplanır: Rusiya və Çin qorxuda
21.08.2019
Rusiya və Çin ABŞ-ın orta mənzilli raketlər hazırlamaq planıyla əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bunu "RİA Novosti”yə açıqlamasında Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin səlahiyyətlərinin icraçısı Dmitri Polyanski deyib. O, iclasında cümə axşamı keçiriləcəyini bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə özünün orta mənzilli raketlərinin sınağını artırıb. Vaşinqton həmçinin Asiya-Sakit okean hövzəsində raketlərini yerləşdirmək fikrində olduğunu açıqlayıb.