Daha bir güclü zəlzələ olub
21.08.2019
Avqustun 21-də Solomon adaları dövlətinə daxil olan Santa-Krus arxipelaqının Utupua adaları sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Xəbər verildiyi kimi,bu barədə Avstraliya Seysmoloji Xidməti məlumat yayıb.
Zəlzələ avqustun 21-də yerli vaxtla saat 1:05-də baş verib. Yeraltı təkanların episentri Utupua adalarının sahil xəttindən 50 kilometr şimal-şərqdə, ocağı 77 kilometr dərinlikdə yerləşib.
Həmin adalarda təqribən 1200 nəfər yaşayır. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.