Əsəd Türkiyədən "narahat"dır
21.08.2019
İdlibdə baş verən son silahlı toqquşmalar Türkiyənin terrorçulara məhdudiyyətsiz dəstək verdiyini ortaya qoydu.
Xəbər verildiyi kimi, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd Rusiya-Suriya parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Sablinlə görüşündə deyib.
"İdlibdəki silahlı atışmalar bundan şübhə duyan hər kəsə Türkiyənin açıq-aşkar şəkildə terrorçulara dəstək verdiyini göstərdi”, - deyə Əsəd bildirib.
Dövlət başçısı ərazi bütövlüyünün təmin edilməsi üçün sonuna qədər mübarizə aparılacağını bəyan edib.
Qeyd edək ki, Suriya Türkiyənin öz təhlükəsizliyi üçün gördüyü tədbirlərdən "narahat" olaraq, Ankaranın ünvanına vaxtaşırı absurd iddialar səsləndirir.