Rusiyaya 3 milyon keçirmək istərkən TUTULDU
20.08.2019
Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Rusiya-Azərbaycan sərhədindəki Tahirkənd-Qazmalar avtomobil keçid məntəqəsində saxlanılıb.
Report xəbər verir ki, azərbaycanlı qadın Azərbaycandan Rusiyaya gömrük bəyannaməsində göstərilməmiş 3 milyon rubl (44,8 min dollar) keçirməyə cəhd göstərib.
Qeyd olunur ki, pul vəsaitlərinin qeyri-qanuni hərəkətinə görə 2 ilə qədər azadlığın məhdudlaşdırılması nəzərdə tutulur.