Putin və Makron Qarabağı müzakirə etdi
20.08.2019
Parisdə səfərdə olan Rusiya lideri Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Bu barədə Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamsında deyib.
"Fort Breqansonda Rusiya və Fransa prezidentlərinin görüşündə bir çox məsələlər müzakirə olundu. Əsas mövzular isə "Normand formatı"nda sammitin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də Arktikanın iqlimi və ondan istifadə edilməsi oldu", - deyə mətbuat katibi bildirib.