Tramp İmran Xana zəng etdi: Gərginliyi azaldın
20.08.2019
ABŞ Prezidenti Donald Trampla Pakistan Baş naziri İmran Xan arasında telefon danışığı baş tutub.
Bu məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
Telefon danışığı zamanı Tramp pakistanlı həmkarını Hindistanla münasibətlərdə gərginliyi azaltmağa çağırıb. O, həmçinin, hər iki tərəfin Cammu və Kəşmirlə bağlı yaranmış situasiyada eskalasiyadan qaçmalı olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Tramp iki ölkə arasında yaranan gərginliyi Hindistan Baş naziri Narendra Modi ilə müzakirə edib.