Ərdoğana qarşı plan deşifrə oldu - BÖYÜK OYUN
20.08.2019
Sabiq prezident Abdullah Gül və keçmiş nazir Əli Babacan dövlət başçısı Rəcəb Tayyib Ərdoğana qarşı birbaşa mübarizə aparmayacaq.
Bu sözləri "Hüriyyət” qəzetinin yazarı Əbdülqədir Selvi öz məqaləsində yazıb.
O bildirib ki, bu iki şəxs Ərdoğanın vaxtilə Baş nazir Nəcməddin Ərbakana qarşı tətbiq etdiyi strategiya ilə hərəkət edəcək:
"Ərdoğan qurulacaq yeni partiyalara qarşı mübarizə aparacaq. Bu, bəlli oldu. A.Gül və Ə.Babacanın Ərdoğana qarşı incə bir strategiya ilə hərəkət edəcəyi deyilir. Bu mövzunu qətiləşdirdilər. Ərdoğana qarşı birbaşa mübarizə aparmayacaqlar: Ərdoğanı tənqid etmədən Ərdoğanla mübarizə aparmaq...”