Əməkdar artist intihar edib
20.08.2019
Romanovun nəşi xanımı tərəfindən evində aşkar edilib.
68 yaşlı sənətçinin psixoloji problemləri olduğu, depressiya yaşadığı və intensiv olaraq psixiatr qəbuluna getdiyi bildirilir.
M.Romanovun səhhətində yaranmış ciddi problemlər səbəbindən işini tərk etdiyi də söylənilir.
Qeyd edək ki, sənətçi 1970-1972-ci illərdə Kirov Opera və Balet Teatrının səhnə orkestrında ifa edib, sonra isə Leninqrad Konservatoriyasının opera studiyasının solisti olub.
1974-1977-ci illərdə Leninqrad Filarmoniyasında çıxış edib.
2002-ci ildə Rusiyanın əməkdar artisti adına layiq görülüb.
2003-cü ildən etibarən Romanov Sankt-Peterburq Konservatoriyasında dərs deyib, Sankt-Peterburq Akademik Filarmoniyasının üzvü olub.